- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0
Kanoeçilərdən ibarət milli komandamızın lideri Valentin Demyanenko gələn il uğurlarını yenidən bərpa etmək niyyətindədir. 4-qat Avropa, 3-qat dünya çempionu allsport.az saytına açıqlamasında deyib ki, cari mövsüm ona duşərli olmayıb:
«Bu ilin yanvarında çiynimdən zədələndim. 2 dəfə əməliyyat olundum. Dünya çempionatına 3 ay qalmış, məşqlərə başladım. Söz verirəm ki, əski formamı bərpa edib, gələn il uğurların davamını gətirəcəyəm».