“Bu ölkənin güləşçiləri məndə qəti həyacan yaratmır”

III MDB oyunlarında Gəncə olimpiya idman kompleksində yunan-Roma güləşində 60 kq-da Əli Nəzərov fəxri kürsünün zirvəsinə qalxdı. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan o, qələbə təəssüratını KİV-lə paylaşdı:

“Yarış yaxşı keçdi. Bir az çətinlik vardı, zədələr imkan vermirdi. Buna rəğmən, sonda istəyimə çatdım. Oyunlara hazılıq yüksək səviyyədə idi. Finalda rusiyalı rəqiblə qarşlaşdım. Bu ölkənin güləşçiləri məndə qəti həyacan yaratmır.

Birinci yerdə fəndi özüm istədim, amma alınmadı. Lakin taktikanı elə qurmuşdum ki, xal bərabər olanda, sonda qazanan kimi qalib elan olunub. Düşündüyüm kimi də alındı”.

Kamran HACI, Gəncə

Həmin kateqoriyadan