“Bu oyundan nəticələr çıxarmalıyıq”

Azərbaycan premyer liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (5:2) sonra Tovuz təmsilçisinin baş məşqçisi Qurban Berdıyevin mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, türkmən mütəxəssis matç barədə fikrini açıqlayıb:

“Bu oyunda “Kəpəz” layiqli qələbə qazandı. Bu münasibətlə onları təbrik edirəm. Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Bu günkü oyunda heç nə alınmadı. Nəticə çıxarmalıyıq. Müdafiədə ilk dəfə Sadiq Quliyev oynadı, Araş xəstə idi. Standart vəziyyətlərdə kobud səhvlər oldu. Halbuki bunun üzrərində çox işləmişdik. Hədəfimiz dəyişmir. Qarşıda çox oyun var. Bu oyundan nəticələr çıxarmalıyıq. Qeyd etdiyim kimi müdafiədə problemlərin olacağını bilirdik. Standartlardan belə asan qol buraxacağımızı gözləmirdik”.

Həmin kateqoriyadan