- Baxış sayı: 184
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Voleybol üzrə 18 yaşadək oğlanlardan ibarət milli komandamızın EEVZA çempionatındakı çıxışı barədə baş məşqçi Cahangir Səid Abbasi danışıb.
Allsport.az xəbər verir ki, mütəxəssis yarışla bağlı bunu deyib:
“Şərqi Avropa voleybol zonal assosiasiyasının (EEVZA) çempionatında ümumilikdə üç oyun keçirdik. Rəqiblərimiz Estoniya, Ukrayna və Gürcüstan yığmaları idi. Estoniya və Ukrayna komandalarının Avropanın ən güclüləri arasında yer aldığını hamı bilir. İlk görüşümüz Estoniya ilə oldu, məqsədimiz qələbə qazanaraq turnirə yaxşı başlamaq idi. Lakin oyunçularımız çox səhvlər etdilər və istədiyimiz oyunu göstərmək mümkün olmadı. Komandada 3-4 təcrübəli voleybolçu olsa da, heyətin böyük hissəsi ilk dəfə beynəlxalq yarışa çıxırdı və bu, nəticəyə təsir etdi.
Digər rəqibimiz Ukrayna daha təcrübəli komanda idi. Buna baxmayaraq, ilk qarşılaşma ilə müqayisədə daha yaxşı oyun nümayiş etdirdik və daha prinsipial mübarizə apardıq.
Turniri Gürcüstan millisinə qarşı qələbə ilə başa vurduq. Bu oyunda uşaqlar çox yaxşı oynadılar və 3:0 hesabı ilə inamlı qələbə qazandıq. Bu qələbə komandanın özünəinamını artırdı və gələcək yarışlar üçün motivasiya yaratdı”.