“Bu qələbə mənim üçün xüsusi əhəmiyyət daşıyır”

Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən VI İslam həmrəyliyi oyunlarında yüksək nəticələr əldə edən milli komandalarımız Vətənə qayıdıb.

Allsport.az xəbər verr ki, Heydər Əliyev beynəlxalq aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

İslamiadanın qalibi Jalə Əliyeva yarışla bağlı danışıb: “İkinci dəfə İslam həmrəyliyi oyunlarının qalibi olduğum üçün çox sevincliyəm. Məni dəstəkləyən xalqıma, federasiya rəhbərliyinə, gənclər və idman nazirliyinə, eləcə də milli olimpiya komitəsinə təşəkkürümü bildirirəm. Hədəflərimiz böyükdür və bundan sonra daha böyük uğurlara imza atmaq üçün əlimdən gələni edəcəyəm. Bu qələbə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu yarışda əsas rəqibim olan türkiyəli güləşçiylə Avropa çempionatında yarımfinal görüşündə qabırğamdan aldığım zədəyə görə hakim döyüşü dayandırmışdı. Bu dəfə isə həmin qarşılaşmanın bir növ revanşı oldu. Avropa çempionatına gedərkən məqsədim çempion olmaq idi, amma qismət olmadı. İnşallah, gələn il həm Avropa, həm də dünya çempionatında arzuladığım nəticələri əldə edəcəyəm”.

Həmin kateqoriyadan