- Baxış sayı: 275
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında 1 gümüş və 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, yığmanın baş məşqçisi Rövşən Umudov dünya çempionatının ağır yarış olduğunu deyib:
“Həm psixoloji durum, həm yarışın gedişinə görə Avropa çempionatından çox fərqlənir. Asiya ölkələrindən çox güclü rəqiblər var. Buna baxmayaraq, hər şey yolunda gedirdi. Sadəcə, bir az taktiki səhvlər oldu. Bu səbəblərdən çempionluğu əldən verdik. Yaxşı hazırlaşmışdıq. Bu iki güləşçimizdən daha böyük nəticələr gözləyirik. Daim hazır olmalıdırlar, daha çox hazırlaşmalıdırlar. Güman edirəm ki, gələcəkdə bu səhvləri düzəldəcəyik. Bununla da nəticə daha yaxşı olacaq”.