- Baxış sayı: 22
- 16 Yanvar 2026 21:40
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Voleybol üzrə 18 yaşadək qızlardan ibarət milli komandamızın EEVZA çempionatındakı çıxışı barədə baş məşqçi Şahin Çatma açıqlama verib.
Allsport.az xəbər verir ki, o, bunu deyib:
“Qrupumuzda Polşa və Gürcüstan komandaları ilə qarşılaşdıq. İlk oyunda keçən il Avropa çempionu olmuş Polşaya 0:3 hesabı ilə uduzduq. Sonra ev sahibi Gürcüstanla qarşılaşdıq. Belə turnirlərdə ev sahibi komandaya qarşı oynamaq çətindir, amma qızlarımız bu oyunda çox yaxşı çıxış edərək 3:1 hesabı ilə qalib gəldilər və qrupu ikinci yerdə başa vurduq.
Daha sonra digər qrupun ikincisi Estoniya ilə qarşılaşdıq və 0:3 hesabı ilə məğlub olduq, turniri 4-cü yerdə tamamladıq. Hər turnir idmançılar üçün böyük təcrübə və inkişaf imkanıdır. Deyə bilərəm ki, bu turnirdən də komandamız lazım olan təcrübəni qazandı”.