- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rumıniya paytaxtı Buxarestdə U-23 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub. Bu növdə 97 kq-da qızıl medal qazanan Murad Əhmədiyev açıqlama verib:
“Çəkim rəqiblərlə müqayisədə az olsa da, özümə çox inanırdım. Digər güləşçilər 100 kq-dan bu çəkiyə salmışdılarsa, mənim cəmi 92 kq çəkim vardı. Bu vəziyyətdə rəqiblərlə güləşmək çox çətin idi. Bütün bunlara baxmayaraq, hədəfim çempionluq idi.
Şükürlər olsun Allaha, buna da nail oldum. Bundan sonra 97 kq-da çıxış edəcəyəm. Öz üzərimdə işləyəcəyəm. Çəkimi artırıb, tam olaraq 97 kq-a uyğunlaşmaq istəyirəm”.