- Baxış sayı: 27
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bu gün “Mingəçevir reqatası” çərçivəsində Qarabağda ilk dəfə Füzulidə Aşağı Köndələnçay su anbarında beynəlxalq yarışın rəsmi açılışı oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verdi:
“Bu yarışın böyük əhəmiyyəti var. Ötən il cənab prezident İlham Əliyevin sərəncamı ilə 17 oktyabr Füzulinin işğaldan azad olunması günü kimi qeyd olundu. Burada belə bir tədbirin keçirilməsi qələbə ilə bağlı şəhidlərimizin xatirəsinə və qazilərimizin şərəfinə həsr olunur.
Düşünürəm ki, bu yarışda xeyli sayda xarici qonaqların iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Bakıda gimnastika üzrə beynəlxalq tədbir keçiriir. Onunla bağlı qonaqlar Füzuliyə təşrif buyurublar.
Aydın məsələdir ki, son dönəmdə Azərbaycanda kanoe və avarçəkmə idmanı inkişaf edir. Artıq 4-cü dəfədir beynəlxalq reqata keçirilir. İstər Suqovuşanda, istər Mingəçevirdə, istərsə də Füzulidə öz idmançılarımız yetişəcəklər”.