- Baxış sayı: 38
- 19 Fevral 2026 20:58
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

“Arsenal”ın baş məşqçisi Mikel Arteta premyer liqada “Vulverhəmpton” ilə heç-heçə (2:2) başa çatan oyundan sonra komandasının çıxışını kəskin tənqid edib.
Allsport.az xəbər verir ki, mütəxəssis son dəqiqələrdə əldən verilən qələbəni qəbul etməyin çətin olduğunu bildirib: “İkinci hissədə premyer liqada qalib gəlmək üçün lazım olan futbolu nümayiş etdirə bilmədik. Bu zərbəni qəbul etməliyik, çünki buna layiq idik. Bu gün tələb olunan standartlar səviyyəsində deyildik”.
M.Arteta qeyd edib ki, komanda ən sadə tapşırıqları belə yerinə yetirməkdə çətinlik çəkib: “Hər kəs özünü ən yaxşı tərəfdən göstərmək istəyir, buna şübhə yoxdur. Lakin səviyyəni qorumaq üçün çətin dövrlərdən keçməyi bacarmalısan. Əgər premyer liqada hər hansı oyuna çətinliklə üzləşmədən çıxacağınızı düşünürsünüzsə, bu, həqiqətə uyğun deyil”.