- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 121
- Fevral 06, 2026
- 0

“Bayer Leverkusen”in yarımmüdafiəçisi Florian Virtz bundesliqada dekabr ayının ən yaxşı oyunçusu seçilib.
Allsport.az xəbər verir ki, 21 yaşlı futbolçu ötən ay Almaniya çempionatında üç oyunda iştirak edib, üç qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Mükafat uğrunda mübarizədə Virtz Pol Nebel (“Maynts”), Camal Musiala, Coşua Kimmix (hər ikisi “Bavariya”), Mitçel Vayzer (“Verder”) və Nik Voltemadi (“Ştutqart”) qabaqlayıb.
Noyabrda qalib Ömr Marmuş (“Ayntraxt Frankfurt”) olub.