“Bütün gücümüzü kubok oyunlarına verəcəyik”

“Neftçi” premyer liqanın XX turunda rəqib meydanında “Araz-Naxçıvan”a 1:2 uduzub. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov bunu deyib:

“İlk hissədən tamamilə narazı qaldıq. Keçən matç da göstərdi ki, hücum yaratmaqda, oyunu üzərinə götürüb kreativ nələrsə etməkdə problemlərimiz var. Bu problemləri aradan qaldırmaq üçün düşündük ki, bir cinahda daha kreativ Muradı, digərində isə Ramili oynadaq.

Amma əfsuslar olsun ki, sönük bir oyun alındı. Nə biz istədiyimizi edə bildik, nə də futbolçular verilən tapşırıqları yerinə yetirdilər. İkinci hissədə dəyişiklik edib daha çox hücum etməyə çalışdıq. Düşünürəm ki, bu bizdə alındı, qol epizodlarımız da oldu, amma bunları qollara çevirə bilmədik.

Transfer pəncərəsinin bağlanmasına vaxt var və ümid edirəm ki, danışıqlar apardığımız futbolçuları gətirə biləcəyik. Bununla nələrisə düzəldə bilərik. Çempionatda mübarizəni davam etdirəcəyik, amma bütün gücümüzü kubok oyunlarına verəcəyik”.

Həmin kateqoriyadan