- Baxış sayı: 136
- 23 Aprel 2025 09:35
- Baxış sayı: 22
- Aprel 23, 2025
- 0
Slovakiyada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında qitə çempionu olan yığmamız Heydər Əliyev beynəlxalq aeroportunda böyük coşğuyla qarşılanıb.
Millimizin baş məşqçisi Aleksandr Tarakanov güləşçilərin çıxışını dəyərləndirib:
“İlk növbədə MOK, GİN və AGF-yə təşəkkürümü bildirirəm ki, bu yarışa yüksək səviyyədə hazırlaşmaq və turnirlərdə iştirakımız üçün nə lazım idisə edildi. Bütün gücünü ortaya qoyan məşqçi və güləşçi heyətimizə də minnətdarlığımı bildirirəm. Komandamız Avropa çempionatında yüksək səviyyə nümayiş etdirdi. Əhsən! Bunun davamını gətirmək lazımdır. Bütün hazırlığımız və perspektivlər olimpiya oyunlarına hesablanıb. Bizə dəstək hər kəsə “çox sağ ol” deyirəm. Güləş Azərbaycanın milli idman növüdür. Məşqçilər heyəti olaraq üzərimizdə böyük məsuliyyət var. Çalışacağıq ki, daim yüksək nəticələr verək. Bütün ölkə bizə azarkeşlik edirdi. Biz bu dəstəyi hiss edirdik. Bir daha hər kəsə təşəkkürümü bildirirəm”.