Bütün zamanların ən yaşlı qalibi

Avstriyalı snoubordçu Benjamin Karl İtaliyada keçirilən XXV qış olimpiya oyunlarında tarixə düşüb.

Allsport.az xəbər verir ki, 40 yaş 115 günlüyündə paralel nəhəng slalom üzrə fərdi yarışda qızıl medal qazanan idmançı qış olimpiadaları tarixinin ən yaşlı çempionu olub.

O, bu göstərici ilə əfsanəvi norveçli Ole-Eynar Byorndalenin 2014-cü ildə müəyyənləşdirdiyi rekordu (40 yaş 12 gün) geridə qoyub.

İkiqat olimpiya çempionu olan Karl finalda Cənubi Koreya təmsilçisi Kim Sanq-Kyumu məğlub edərək karyerasının dördüncü olimpiya medalını (2 qızıl, 1 gümüş, 1 bürünc) əldə edib.

Həmin kateqoriyadan