Byö qardaşları karyeralarını bərpa edirlər?

Biatlon üzrə beşqat olimpiya çempionu norveçli Yohannes Byö etiraf edib ki, o və qardaşı, üçqat olimpiya çempionu və 12-qat dünya çempionu Taryey Byö 2026-cı ildə İtaliyada keçiriləcək olimpiya oyunlarında iştirak etmək üçün karyeralarını bərpa edə bilərlər.

Allsport.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında deyib.

Norveçin Holmenkollen şəhərində 2025/2026-cı il dünya çempionatının ev mərhələsi başa çatdıqdan sonra Byö qardaşları peşəkar karyeralarını başa vurublar. Taryey Byö mövsümü dünya çempionatının ümumi cədvəlində səkkizinci, Yohannes isə ikinci yerdə başa vurub.

İtaliyada təşkil olunacaq olimpiya oyunları gələn ilin fevralın 6-dan 22-dək keçiriləcək.

Həmin kateqoriyadan