- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Bakı idman sarayında U-23 Avropa çempionatında sərbəst güləşdə 61 kq-da Nurəddin Novruzov bürünc medal uğrunda görüşdə belaruslu Yeqor Rudauskini 13:12 üstələdi. Mübarizədən sonra o allsport.az saytına bunu dedi:
“Bu yarışa yaxşı hazırlaşmışdım. Məqsədim çempion olmaq idi. Avropa çempionatına 2 həftə qalmış bəzi səbəblər oldu və bu da təsirsiz ötüşmədi. Hər şey Allahdandır, xeyirlisi, buna da şükür.
Böyüklərin qitə çempionatında debüt etdim, sonda 3-cü yer tutdum. Əsas hədəfim dünya çempionatında mükafatçılar sırasına deməkdir. Qarşıdakı illərdə çəkimi olimpiya dərəcəsinə yüksəltmək və bu yolda irəliləmək niyyətindəyəm”.