Cəmşid Xeyrabadi: “Heç kimdə arxayınlıq yaranmamalıdır”

“Klassiklər”dən ibarət millimiz təqvim planı üzrə qarşıdan gələn yarışlara hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Allsport.az saytı xəbər verir ki, başa çatmaqda olan ilin  komandamız üçün çox uğurlu olduğunu bildirən baş məşqçi Cəmşid Xeyrabadi, bu uğurların təsadüfi olmadığını deyib:

“Azərbaycan güləş tarixində ilk dəfə Dünya Kuboku turnirinin qalibi olduq. İndi isə qarşıdakı yarışlara hazırlaşırıq. Federasiya rəhbərliyinin yaratdığı şərait, gərgin məşqlər və Azərbaycan xalqının dəstəyi ilə hələ çox uğurlara imza atacağımıza ümid edirəm. Qarşıda bir neçə mötəbər turnir olacaq. Bəzilərində gənc güləşçiləri də sınaqdan keçirmək fikrimiz var.

Dünya çempionatında idmançılarımız yaxşı çıxış etdilər. Las Veqasda medal qazanan güləşçilərimiz də bilir ki, onların Rio Olimpiadasına yollanması qətiləşməyib. Çalışacağıq ki, Braziliyaya ən güclü idmançılar getsin. Odur ki, heç kimdə arxayınlıq yaranmamalıdır. Həm hazırlıq prosesində, həm də qarşıdan gələn yarışlarda onları yoxlamaq imkanımız olacaq. Rio Olimpiadasına bu gərgin rəqabətdən qələbəylə ayrılan idmançılar gedəcək”.

Həmin kateqoriyadan