- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan prezidenti İlham Əliyev, Macarıstanda keçirilmiş Avropa çempionatında komanda hesabında 1-ci olmuş sərbəst və yunan-Roma güləş komandalarını qəbul edib. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışın qızıl medalçısı Eldəniz Əzizli görüşdə bunu deyib:
“Möhtərəm prezident, mən də yunan-Roma güləşi milli komandası adından bizim qazandığımız qələbələri yüksək qiymətləndirdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, Budapeştdə keçirilən Avropa çempionatında yarışa qatılan 10 idmançımızdan 8-i medalla Vətənə qayıtdı. Onlardan 2 qızıl medal, 1 gümüş və 5 bürünc medalla ümumilikdə 165 xal toplayaraq yunan-Roma güləşi tarixində yeni bir rekorda imza atdıq. İlk dəfə idi ki, yunan-Roma güləşi millimiz komanda hesabında Avropa çempionu oldu. Həqiqətən də bu yarış bizim üçün rekordlarla əlamətdar bir yarış oldu.
Cənab prezident, sizin idmana və idmançılara göstərdiyiniz diqqət və qayğı bizi həvəsləndirir, gələcək yarışlara daha da ruhlandırır. Bildiyiniz kimi, noyabrın 5-6-da Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Biz ilk dəfə 2015-ci ildə Tehranda dünya kubokunun sahibi olmuşduq. Artıq son qələbəmizdən 7 il keçir. Düşünürəm ki, İnşallah biz idmançılar əlimizdən gələni etməyə çalışıb 7 ildən sonra qazandığımız parlaq qələbəni Bakıda təkrarlayacağıq və var gücümüzlə çalışacağıq ki, kubok Bakıda qalsın, Bakıdan qırağa getməsin. Bizi qəbul etdiyiniz üçün bir daha Sizə öz minnətdarlığımızı bildiririk. Diqqətiniz üçün sağ olun.
“