- Baxış sayı: 37
- 17 Yanvar 2025 12:17
- Baxış sayı: 89
- Yanvar 17, 2025
- 0
Azərbaycan prezidenti İlham Əliyev ölkədə idmanın inkişafında xidmətlərinə görə bir qrup idman mütəxəssisini təltif edib. Onların sırasında uzun illər güləş federasiyasının 1-ci vitse-prezidenti olan Cavanşir Qurbanov da yer alıb. O, “Azərbaycan respublikası prezidentinin fəxri diplomu” ilə ödülləndirilib. 77 yaşlı idman ustadı allsport.az saytına açıqlamasında dövlət başçısnın sərəncamını yüksək qiymətləndirib:
“Ölkə başçısı məni növbəti dəfə təltif etdi. Cənab prezidentin diqqət və qayğısı daim idman veteranlarının üzərindədir. Bunu hər zaman hiss edirik. İlham Əliyevin ilin yekunlarında xadimləri ilə maraqlanması, onları ödülləndirməsi bizi daha qürurlandırır, bizə ikinci həyat verir. Gənc nəsillər bunu görür, idmana daha çox bağlanırlar. Dövlətimizin qurduğu düzgün yol bu sahədə inkişafı bir qədər də irəli aparacaq”.
Fəxri bədən tərbiyəsi və idman işçisi, Xalq maarifi əlaçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adları, “Vətənə xidmətə görə” ordeni və “Heydər Əliyevin 100-illiyi” yubiley medalı ilə də təltif olunub.