- Baxış sayı: 52
- 29 Noyabr 2024 23:02
- Baxış sayı: 319
- Dekabr 02, 2024
- 0
Güləş məşqçilərinin ümumrespublika seminarı davam edir.
Allsport.az xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Lənkəran şəhərində keçirilib. Olimpiya idman kompleksində təşkil edilən tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabaddan olan məşqçilər iştirak edib.
Seminarın nəzəri hissəsində əvvəlcə Lənkəran-Astara regional gənclər və idman idarəsinin idman şöbəsinin müdiri Yusif Xamiyev tədbirin təşkilinə görə Azərbaycan güləş federasiyasına (AGF) təşəkkürünü bildirib. AGF hakimlər kollegiyasının sədri Qərib Əliyev son zamanlar federasiyanın bölgələrdə fəaliyyət göstərən güləş zallarına verdiyi dəstəyə diqqəti yönəldib.
Sərbəst güləş üzrə U-17 millinin məşqçisi Əsgərxan Novruzov yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparıb, onların problemlərini dinləyib və öz tövsiyələrini çatdırıb. Yunan-Roma güləşi üzrə U-20 millinin məşqçisi Zöhrab Abbasov idmançıların məşqlərə davamiyyətinin və tez-tez güləş məktəblərinin bir-biriylə dostluq görüşləri keçirməsinin vacib olduğunu deyib.
I-S kateqoriyalı referi Sədi Quliyev video görüntülərlə yarışlarda yaranmübahisəli epizodları şərh edib. Seminarın praktiki hissəsi isə Z.Abbasovun keçdiyi nümunəvi məşqdən ibarət olub.
Ümumrespublika seminarının növbəti mərhələsi sabah Sabirabad şəhərində keçiriləcək.