“Çalışacağam ki, bundan sonra daha böyük uğurlara imza atım”

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatında qızıl medal qazanan Jalə Əliyeva (57 kq) vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan qadın güləşi tarixində bu yaş qrupunda ilk dünya çempionu olan idmançı üçün Heydər Əliyev beynəlxalq aAeroportunda brifinq keçirilib:

“Dünya çempionu olduğum üçün çox sevinirəm. Düzdür, bu, mənim ilk uğurum deyil. Ancaq ilk dəfədir dünya çempionu oluram. Çalışacağam ki, bundan sonra daha böyük uğurlara imza atım.

Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu. Qarşılaşmaya çox yaxşı başlamışdım. Sonra o cəld olduğu üçün çox yoruldum. Amma yekunda qələbə qazana bildim.

Bundan sonrakı planlarım qarşıdan gələn yarışlara daha da yaxşı hazırlaşmaqdır. Avropa və dünya çempionatlarına, olimpiya oyunlarına hazırlaşmalıyam”.

O, DÇ-də ukraynalı Alina Filipoviç (7:4), türkiyəli Sevim Akbaş (10:0), amerikalı Sofiya Makaluso (10:0) və yaponiyalı Ruka Natami (10:8) üzərində qələbə qazanıb.

Həmin kateqoriyadan