- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan üzgüçüləri aprelin 29-dan mayın 1-dək Çex Respublikasının Ostrava şəhərində beynəlxalq turnirdə mübarizə aparacaqlar. Allsport.az saytı xəbər verir ki, ölkəmizi Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcəklər. Baş məşqçisi Rəşad Əbdürrəhmanov komandanın yarışa əzmlə hazırlaşdığını deyib:
“Turnir komandamızın dünya çempionatına lisenziya qazanması baxımından çox önəmlidir. Ümid edirik ki, üzgüçülərimiz bu yarışda göstəricilərini daha yaxşılaşdıraraq finala vəsiqə qazanacaqlar. Turnirdə çox güclü idmançılar iştirak edəcəklər. Çalışacağıq ki, Azərbaycan üzgüçüləri ən yaxşı nəticələr göstərənlər sırasında olsunlar”.