- Baxış sayı: 157
- 24 Mart 2026 13:04
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

Bu gün Mingəçevirdə avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatasında kayakda 2-yerlik qayıqda 500 metrə yürüşdə Qiyas Əhmədov (şəkildə sağda) və Vacib Babayev (2008-2009) bürünc medallara yiyələndilər. Allsport.az saytı xəbər verir ki, yarışdan sonra adı ilk çəkilən idmançı bunu dedi:
“Çətin olmasına rəğmən, sonda 3-cü ola bildik. Çalışacağıq ki, növbəti yarışlarda nəticəni bir qədər yaxşılaşdıraq. Bunun üçün çox çalışmaq lazımdır. Tərəf müqabilimlə yeni hazırlıq planı üzərində işləyəcəyik”.