“Cavab oyunu qətiyyən asan olmayacaq”

Norveçin “Budo/Qlimt” komandasının baş məşqçisi Kyetil Knutsen çempionlar liqasının pley-off mərhələsinin ilk oyununda “İnter” üzərində qazanılan gözlənilməz qələbəni (3:1) şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis nəticədən razı qalsa da, komandasının oyun səviyyəsini orta qiymətləndirib: “Düşünürəm ki, bu gün bəxtimiz bir qədər gətirdi. Biz həqiqətən effektiv oynadıq, lakin fikrimcə, bu, bizim cəmi orta səviyyəli oyunumuz idi. Nəticə yaxşıdır, amma oyun keyfiyyəti orta səviyyədə qaldı”.

Cavab qarşılaşması barədə danışan K.Knutsen qeyd edib ki, Milanda yalnız müdafiəyə çəkilmək böyük risk olar: “Qarşıda bizi yeni oyun gözləyir. Sadəcə müdafiədə oturub əks-hücumlara ümid edə bilmərik. Biz irəli atılmalı, həm orta, həm də yüksək blokdan istifadə etməliyik. Cavab oyunu qətiyyən asan olmayacaq”.

Həmin kateqoriyadan