- Baxış sayı: 311
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın beşinci günündə 2 yunan-Roma, 1 qadın güləşçimiz mübarizəyə qoşulub.
Ayxan Cavadov (60 kq) misirli Əhməd Şabana və polşalı Qrasyan Jeduta 9:0 hesabıyla qalib gəldikdən sonra türkiyəli Ömər Altaş üzərində inamlı qələbə qazanıb – 8:3. Ayxan yarımfinalda isə gürcüstanlı Vaxtanq Loluanı “tuş”la xalçadan məyus yola salıb. Cavadov sabah finalda ermənistanlı Yurik Mxitaryanla güləşəcək.
Elmin Əliyev (82 kq) ukraynalı Kirilo Şnirovu 11:4 hesabıyla mübarizədən kənarlaşdırsa da, 1/8 finalda rusiyalı Avropa və dünya çempionu Mixail Şkarinlə bacarmayıb – 0:8. Rəqib finaladək irəlilədiyi üçün Elmin sabah təsəlliverici görüşə çıxacaq.
Zəhra Kərimzadə (72 kq) 1/8 finalda çinli Yuqi Liuya məğlub olub – 0:10. Rəqib finala yüksəldiyi üçün Zəhra sabah təsəlliverici görüşə çıxacaq.