Cavanşir Qurbanovun ailəsidən ölkə başçısına təşəkkür

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev dünyaca məşhur güləş mütəxəssisi Cavanşir Qurbanovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov bu sərəncama görə ölkə başçısına təşəkkür edib. Tanınmış şair Qurbanovlar ailəsi adından minnətdarlığını belə ifadə edib:

“Möhtərəm və əziz prezidentimiz İlham Əliyev cənabları! Atam Cavanşir Kazım oğlu Qurbanovun 70 illik yubileyi münasibəti ilə Sizin 6 dekabr 2017-ci il tarixli sərəncamınızla 2-ci dərəcəli ” Vətənə xidmətə görə ” ordeni ilə təltif olunması bütün ailəmizin, dostlarımızın böyük sevincinə səbəb olmuşdur. Atama göstərdiyiniz bu diqqət və etimada görə Qurbanovlar ailəsi adından dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk.

Müxtəlif sahələrdə ölkəmizin inkişafında xidmətləri olan insanlara tərəfinizdən göstərilən böyük diqqət, verdiyiniz dəyər onlar üçün böyük şərəfdir və biz də böyük hadisənin bir parçası olduğumuz üçün böyük fərəh hisləri keçiririk. Ailə üzvlərimiz, Cavanşir müəllimin övladları və nəvələri Sizin rəhbərliyiniz altında Azərbaycanımızın inkişafı yolunda daim sədaqətlə xidmət edəcəyik. Bu Cavanşir Qurbanovun övladlarına və bütün gənclərə daim əsas tövsiyəsidir.

Cənab prezident! Bir daha bütün ailəmiz adından Sizə minnətdarlığımızı, dərin hörmət və ehtiramımızı bildiririk”. Xatırladaq ki, dünən yubilyar 70 illiyini qeyd edib.

Həmin kateqoriyadan