Cazibədar tennisçi Rusiyadan imtina edir? – FOTO

Rusiyalı tennisçi Vitaliya Dyaçenko karyerası və idman vətəndaşlığını dəyişmək məsələləri barədə danışıb.

Allsport.az xəbər verir ki, 35 yaşlı idmançı gənc yaşlarında Qazaxıstan millisinə keçmək təklifi aldığını, lakin zədə səbəbindən bunun baş tutmadığını bildirib. O, maliyyə dəstəyi üçün bu addımı dəstəklədiyini vurğulayıb: “Gənc oyunçuya tam maliyyələşmə təklif edilirsə, bu, karyera üçün böyük sıçrayışdır. Bundan imtina etmək axmaqlıqdır”.

Hazırda dünya reytinqində 335-ci pillədə qərarlaşan Dyaçenko, Avstraliya millisini seçən həmkarı Darya Kasatkinanın qərarını isə fərqli qiymətləndirib. O bildirib ki, Kasatkina bunu tennis və maliyyə naminə deyil, şəxsi həyat baxışlarına görə edib.

Həmin kateqoriyadan