“Çempion olmalıydım”

Tiranada keçirilən yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında bürünc medal qazanan Elmir Əliyev açıqlama verib. Allsport.az xəbər verir ki, milli üzvü Heydər Əliyev adına beynəlxalq hava limanında bunu deyib:

“Məşqlərimiz çox gözəl keçmişdi. Yaxşı hazırlaşmışdıq. Ani bir səhvdən qızıl medalı əldən verdim. Çempion olmalıydım. Hamı mənə ümid bağlamışdı. Qismət beləymiş. Hər halda, medalsız qalmadıq.

Qələbə qazandığım bütün görüşlərdə tam üstünlüklə qalib gəldim. Yalnız yarımfinalda qarşılaşma 2:2 bitdi. Son saniyələrdə qələbəni əldən verdim. Ümid edirəm ki, U-23 dünya çempionatında bürüncü qızılla əvəzləyəcəyəm”.

Həmin kateqoriyadan

azenrutr