- Baxış sayı: 35
- 08 Fevral 2026 13:05
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0

Antalyada güləş üzrə gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir.
Allsport.az xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.
Bu gün 63, 82 və 130 kq-da yer alan güləşçilər xalçaya çıxacaq.