- Baxış sayı: 313
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

İstanbulda gənc güləşçilərin “Çempionlar” beynəlxalq yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, sayca 21-ci sınaqda komandalarımız ümumilikdə 1 qızıl, 3 gümüş və 7 bürünc medala yiyələnib.
Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə yalnız final görüşündə məğlub olan Əliabbas Rzazadə (57 kq) və Elmar Kazımov (65 kq) 2-ci yerlə kifayətləniblər. Bürünc medallar İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov (hər ikisi – 74 kq) və Orxan Abbasova (79 kq) qismət olub. “Sərbəstlər” komanda hesabında 3-cü olublar.