- Baxış sayı: 52
- 05 Fevral 2026 11:58
- Baxış sayı: 115
- Fevral 06, 2026
- 0

Çex Respublikası milli komandasının xokkeyçiləri ev dünya çempionatında ABŞ-yə qalib gələrək yarımfinalçı olublar.
Allsport.az xəbər verir ki, cümə axşamı Praqadakı “O-2 arena”nın buz meydançasında keçirilən 1/4 final matçı 1:0 hesabı ilə başa çatıb. Pavel Zaha yeganə qolu David Spacek və Roman Cervenkanın ötürməsindən vurub.
Çexiyalılar finala çıxmaq üçün İsveç millisi ilə qarşılaşacaq. Digər yarımfinalda Kanada və İsveçrə üz-üzə gələcək.