- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günündə böyüklər arasında mübarizə olub.
Avropa oyunları parkında 4 çəki dərəcəsi üzrə 60-dan çox güləşçi iştirak edib. Maraqlı mübarizə şəraitində keçən rəqabətdə Rübail İbrahimli (70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq) və Camal Feyziyev (+90 kq) qalib adını qazanıblar.