- Baxış sayı: 190
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Bu gün çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib.
Allsport.az xəbər verir ki, İtaliyanın Corigliano Rossano şəhərində təşkil olunan yarışda oğlanlardan (İbrahim Məmmədov/Məhəmməd Aslanlı) ibarət komandamız təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb. Görüş təmsilçilərimizin 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb və komandamız Avropa çempionatında əsas mərhələyə yüksəlib.
Çempionatda ölkəmiz bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlarımız yarışa əsas mərhələdən qoşulacaqlar. Əsas mərhələ oyunlarına sabah start veriləcək.