Çimkəndə qələbə

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan komandası bu gün ilk yoldaşlıq görüşünü keçirib.

Allsport.az xəbər verir ki, milli Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunan oyun Siyasət Əsgərovun komandası 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 27-ci dəqiqədə Esra Manya və 82-ci dəqiqədə Sevinc Cəfərzadə vurublar.

Bu komandalar arasında ikinci yoldaşlıq görüşü oktyabrın 27-də təşkil olunacaq.

Həmin kateqoriyadan