- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Rumıniyanın paytaxtı Buxarestdə 7 medal qazanan sərbəst güləşçilər vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 1 gümüş və 6 bürünc medalla 122 xal toplayan və komanda hesabında 3-cü yeri tutan millimizi Heydər Əliyev beynəlxalq aeroportunda təmtəraqlı qarşılayıblar. Baş məşqçi Hetaq Qazyumov nəticə barədə bunu deyib:
“Təəssüf ki, qızıl medal qazana bilmədik. Ancaq bütün çəkilərdə güləşçilərimiz fəxri kürsüyə qalxa bilərdi. Osman Nurməhəmmədov, Orxan Abbasov və Kənan Heybətov da medal qazanmaq potensialına sahib idi. Bütün çəkilərdə medal qazansaydıq, əla nəticə olardı. Nürəddin Novruzov və Arseniy Djioyev kimi gənclər yaxşı güləş nümayiş etdirdilər.
İlk dəfə bu yarışda iştirak etsələr də, medal qazana bildilər. Bu, digər gənc güləşçilərimiz üçün də stimul olacaq. Qızıl medal olmadığı üçün çox təəssüf edirəm. Məhəmmədxan Məhəmmədovun final görüşü istənilən səviyyədə keçmədi.
Çıxışımıza “4” qiyməti vermək olar. Komanda hesabında ötən il çempion olmuşduqsa, bu il 3-cü yeri tutduq. Medalların əyarında olmasa da, sayında yaxşı nəticə göstərdik. Yeni adlar kəşf etdik. Onu da qeyd edim ki, Avropa çempionatında rəqabət çox güclənib. Rusiyadan olan bir çox güləşçilər qitənin müxtəlif ölkələrinə transfer olunub.
Ancaq yüksək səviyyədə təlim-məşq toplanışları keçib, Avropa olimpiya təsnifat turnirində bütün güclü rəqiblərlə mübarizə aparmağa hazır olacağıq. Bakıda təşkil ediləcək yarışa qədər iki hazırlıq prosesi keçəcəyik. Gənc güləşçilərimizi Yaşar Doğunun xatirə turnirində də sınayacağıq”.