- Baxış sayı: 64
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Sərgilədiyimiz oyuna baxsaq, bu gün biz məğlub olmamalı idik. Ardıcıl çətin oyunlar keçirmişdik. Buna görə heyətdə müəyyən dəyişikliklərə getmişdik. Ümumi səhvlər buraxdıq. Bu da qolla nəticələndi. İndi istirahət etməli və növbəti oyuna hazırlaşmalıyıq”.