Coşqun Əzimov: Təbrizdə erməni güləşçisini udmağım mütləq idi

Təbrizdə sərbəst güləşçilər arasında keçirilən Təxti kubokunda 70 kq çəkidə bürünc medal qazanan Coşqun Əzimov mövsümə uğurlu başladı. Onun bu yarışda ən diqqət çəkən görüşü 1/4 finalda ermənistanlı Narek Sirunyanı yenməsi oldu. Maraqlıdır ki, həmin mübarizə bizim düşmən ölkənin nümayəndəsi ilə sözü gedən sınaqda yeganə qarşıdurması idi.

Təxti kubokundan sonra allsport.az saytına açıqlama verən 23 yaşlı idmançının yarış təəssuratı belədir: “Mövsümə uğurlu başlamaq xoşdur. Bu, növbəti yarış üçün ovqatı yüksəldən amillərdəndir. Dörd görüşdən üçündə qalib gəldim. 1/4 final qarşılaşmasını xüsusi qeyd etmək istəyirəm.

Həmin rəqabətdə erməni güləşçisini mütləq udmalıydım. Cünki prinsipal əhəmiyyət daşıyırdı. Üstəlik, Təbriz bölgənin mərkəzi şəhəri sayılır, orada bir neçə milyon azərbaycanlı yaşayır. Mücadilə davam edir. Yarışlar yeni başlayır. Çalışacağam ki, digər sınaqlarda da məşqçilərin etimadını doğruldum”.

Kamran HACI, Təbriz

 

Həmin kateqoriyadan