- Baxış sayı: 164
- 15 İyun 2025 20:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

26 noyabrda Azərbaycan atçılıq federasiyasının təşkilatçılığı ilə Binə atçılıq mərkəzində peşəkar çövkən liqasının final qarşılaşmaları – XXII turun son oyunları və mükafatlandırma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, günün açılış görüşündə “Elit” və “Sərhədçi” komandaları qarşılaşıb.
Gərgin keçən oyunda “Elit” rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə “Elit” turniri 54 xalla ikinci sırada tamamlayıb.
Liqa boyunca stabil çıxışı ilə fərqlənən “Sərhədçi” isə ümumilikdə topladığı 57 xalla peşəkar
çövkən liqasının qalibi olub. “Polad” isə 53 xal toplayaraq üçüncü yerin sahibi adını qazanıb.
Final oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə
federasiyasının prezidenti Elçin Quliyev və vitse-prezident Cavid Abdullayev komandaların heyətlərinə diplomlar, medallar və birinci yerin qalibinə kubok təqdim ediblər.
Mərasimin sonunda federasiyanın idarə heyətinin üzvləri qalib komanda ilə birlikdə xatirə fotosu çəkdiriblər.