Çövkən milli atüstü oyunu üzrə Prezident kubokunun püşkü atılıb

Çövkən milli atüstü oyunu üzrə Prezident kubokunun püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, yarış dekabrın 11-13-də və 22-23-də keçiriləcək. Tədbirdən əvvəl bu növdə əsasnaməyə edilmiş yeniliklər və dəyişikliklər barədə komanda üzvlərinə məlumat verilib.

Rəqabətə qatılan səkkiz komanda püşkün nəticələrinə əsasən iki qrupda yer alıb. “A” qrupunda “Sərhədçi”, “Buta Golden”, “Ağstafa” və “Murad”, “B” qrupunda isə “Polad”, “Omar”, “Qarabağ” və “Köhlən” komandaları mübarizə aparacaqlar.

Artıq 7-ci dəfə təşkil olunan Prezident kuboku uğrunda turnirin məqsədi milli atüstü oyunlarımızın qorunub saxlanılması, xalqımızın qədim tarixə malik atçılıq ənənələrinin bərpası, gənc nəsildə bu sahəyə maraq oyadılmasıdır.

Qarabağ atı ilə oynanan çövkən milli atüstü oyunu Heydər Əliyev fondunun dəstəyi ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Həmin kateqoriyadan