- Baxış sayı: 83
- 14 Dekabr 2025 10:00
- Baxış sayı: 61
- Dekabr 18, 2025
- 0

Bu gün “Hilton” mehmanxanasında Azərbaycan üzgüçülük federasiyasının konfransı keçirildi. Allsport.az saytının məlumatına görə, strategiya və yeniliklərin təqdimatında gənclər və idman naziri Fərid Qayıbov çıxış etdi:
“Strategiya olmasa, iş də bəlli olmaz. Hər bir sahədə məqsəd öncədən müəyyənləşməlidir. Nazirlik bu məsələdə dəstəyini əsirgəməyəcək. Bizim “Kürü keçək” layihəmiz çox uğurlu alınıb. Hər il iştirakçıların sayı birə-beş artıb.
Azərbaycanda aparıcı idman növləri var. Çox istərdim ki, gələcəkdə olimpiya oyunlarında üzgüçülüklə də medal olsun. Ölkə başçısı İlham Əliyevin ən çox sevdiyi idman növü üzgüçülükdür”.