- Baxış sayı: 310
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında 1 dəst medal qazanan sərbəst güləş üzrə milli vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Yığmanın baş məşqçisi Xetaq Qazyumov mundial barədə bunu deyib:
“Çox sevinirik ki, bu yarışda çempionumuz oldu. Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik. Gənc güləşçimiz Xetaq Karsanovun yenicə keçdiyi 125 kq-da gümüş medal qazanması da sevindiricidir. Əli Tsokayev də 86 kq-a keçidini medalla qeyd etdi. Ceyhun Allahverdiyev və Fərid Cabbarovdan da medal gözləyirdik. Onlardan başqa da medal qazana biləcək milli üzvləri var idi. Bəzisi taktiki səhvlərə yol verdi. Bəzisi isə emosiyalarını cilovlaya bilmədi. 3 gündən sonra İslam həmrəyliyi oyunlarının hazırlıqlarına başlayacağıq. Bu yarışda aşkarladığımız səhvləri və boşluqları növbəti yarışa qədər aradan qaldırmağa çalışacağıq”.