“Çox yaxşı atmosferdə oynadıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə qarşı oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, yaxşı atmosferdə oynadıqlarını deyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Yaxşı oyunla uğurlu nəticə əldə etmək istəyirdik. Düzdür, birinci hissədən tam razı qalmadım. Amma ikinci hissədə daha fəal oldular, düzgün oynamağa çalışdılar. Çox yaxşı atmosferdə oynadıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, derbi xarakterli belə oyuna tam fərqli yanaşırlar”.

Baş məşqçi fasilədən sonra əvəzlənən yarımmüdafiəçi Julio Romaonun zədələndiyini söyləyib: “Romaonun ayağı şişmişdi. Ağrısı həddən artıq çox idi. Zədəsinin durumuna sabah aydınlıq gələcək”.

52 yaşlı mütəxəssis qapıçı Şahruddin Məhəmmədəliyevin zədəsini tam sağaltdığını əlavə edib: “Şahruddin artıq 4-5 məşqdir kollektivlə bir yerdədir. Qarşıdakı oyunlarda onun da xidmətindən yararlana bilərik. Qışa qədər bir neçə matçda iştirakına şərait yarada bilsək, yeni ilə hazırlaşmaq onun üçün bəlkə rahat olar”.

Həmin kateqoriyadan