- Baxış sayı: 31
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Sabah” qarşılaşmasından (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 35 yaşlı mütəxəssis oyun haqda nəsə deməyin çətin olduğunu bildirib: “İki fərqli hissə izlədik. Çox yaxşı rəqibə qarşı mübarizə apardıq. Hesab öz sözünü dedi. Artıq nəsə demək bir az çətindir”.
“Sumqayıt” iki oyunun ümumi nəticəsində “Sabah”a 0:4 hesabı ilə uduzaraq Azərbaycan kubokunda mübarizəni dayandırıb.