- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Noyabrın 5-də Bakıda start götürəcək cüdo üzrə “Böyük dəbilqə” üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, 3 gün davam edəcək yarışda təşkilatçı ölkə 33 (25 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunacaq.
Kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (hamısı – 60 kq), İbrahim Əliyev, Orxan Səfərov, Tofiq Məmmədov, İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov, Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Hasil Cəfərov, Kərim Məmmədov (81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (hər üçü – 90 kq), Adil Kərimli, Kənan Abdullaxanlı Ruslan Nəsirli (100 kq), Uşangi Kokauri, Hüseyn Məmmədov, Camal Feyziyev (+100 kq) mübarizə aparacaq.
Qadınlarda Aişə Qurbanlı, Şəfəq Həmidova (hər ikisi – 48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli, Günel Həsənli, Südabə Ağayeva (70 kq) çıxış edəcək.
“Böyük dəbilqə” 5 – 7 noyabrda Heydər Əliyev adına idman kompleksində keçiriləcək. Turnirdə 30 ölkədən 200-dən çox idmançının iştirakı gözlənilir.