Orxan 5-ci oldu, 720 xal qazandı

Orxan Səfərov (66 kq) Budapeştdə dünya çempionatında medal qazana bilməyib.

Allsport.az xəbər verir ki, “C” qrupunu qalib başa vuran idmançımız yarımfinalda yaponiyalı son dünya çempionu Yoşiro Maruyamaya, 3-cü yer uğrunda görüşdə rusiyalı Yaqub Şamilova yenilib.

Bu gün tatamiyə çıxan digər cüdoçularımızdan Nicat Şıxəlizadə 1-ci mərhələdə, Gültac Məmmədəliyeva isə 2-ci görüşdəməğlub olub.

Dünya çempionatında ilk yeri tutan 2000, gümüş mükafatçı 1400, 3-ci sıraya çıxanlar 1000, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 720 və 520 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan