- Baxış sayı: 645
- 15 Dekabr 2025 23:59
- Baxış sayı: 58
- Dekabr 18, 2025
- 0

Tatarıstan paytaxtında cüdo üzrə “Böyük dəbilqə” keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə bizdən 10 nəfər iştirak edəcək.
Kişilərdə Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev (73 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Murad Fətiyev, Hidayət Heydərov (81 kq), Camal Feyziyev (+100 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) gücünü sınayacaqlar.
Turnir mayın 1-2-də keçiriləcək.