Cütlük bu ölkəni bəyənmədi – FOTO

Rusiyanın ən gözəl fiqurlu konkisürənlərindən sayılan Sofiya Leontyeva və tərəf-müqabili Daniil Qorelkin Kubada keçirdikləri tətilin təəssüratlarını bölüşüblər.

Allsport.az xəbər verir ki, cütlük tətilə konkisürən Yevgeni Semenenko ilə birlikdə yollanıb.

Leontyeva tətilə qədər xəbərdar edilsə də, Kubadakı xidmətin keyfiyyətinin çox aşağı olmasından şikayətlənib. Fiqurçu ilk dörd gün internetsiz qaldığını, otelin təmirsiz və çirkli olduğunu bildirib. İdman qidalanmasına riayət etdiyi üçün o, mehmanxanada zülal məhsulları (toyuq, hinduşka) tapmaqda çətinlik çəkib və əsasən yumurta ilə qidalanmaq məcburiyyətində qalıb.

Partnyoru D. Qorelkin isə Atlantik okeanının gözəlliyinin bütün mənfi cəhətləri üstələdiyini qeyd edərək, tətilə daha müsbət yanaşıb. Lakin o da Kuba əhalisinin aşağı həyat səviyyəsinin onu məyus etdiyini bildirib. Leontyeva oteldəki əyləncə proqramlarından, təmiz çimərlikdən və Havanadakı memarlıqdan məmnun qaldığını, lakin güclü istinin xoş təəssüratları bir qədər korladığını əlavə edib. Cütlük Kuba səfərini “kontrastlar ölkəsi” kimi xarakterizə edib.

Həmin kateqoriyadan