“Cütün taleyi ilk oyunda həll olunmuşdu”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”i 1:0, iki görüşün yekununda 3:0 məğlub edən “Neftçi”nin baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, futbolçularının xarakter göstərdiyini bildirib:

“Azarkeşlərimizə – gələnlərə də, gəlməyənlərə də təşəkkür edirəm. Bizi çox yaxşı dəstəklədilər. Meydançada çalışan insanlara da çox minnətdaram, Allah onların əziyyətlərini yerdə qoymasın. O qədər belə insanlar var ki, köməkləri çoxdur, amma kölgədə qalırlar.

Oyuna gəlincə, ilk matçdan sonra komandanı hazırlamaq çox önəmli idi. Çünki rahatlığı aradan qaldırmaq lazım idi. Bəlkə də, cütün taleyi ilk oyunda həll olunmuşdu, amma futbolçularım yenə xarakter göstərdilər. Sağ olsunlar”.

Həmin kateqoriyadan

azenrutr