- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Azərbaycan kanoe və avarçəkmə federasiyası (AKAF) 1 iyun – uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə gənclər və idman nazirliyi ilə birgə tədbir təşkil edib.
Allsport.az xəbər verir ki, “Gənclik” metrosu yaxınlığındakı Dədə Qorqud parkında keçirilən tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb. Sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət ediblər.
100-dən çox uşaq və yeniyetmə avarçəkmə qayıqları sürüblər. Tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.