- Baxış sayı: 35
- 08 Fevral 2026 13:05
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0
11-12 oktyabrda Dağıstan Respublikasının Buynak rayonunda İ.X.Şıxsaidovun adına beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda sərbəst güləş üzrə milli komandanın bəzi üzvləri də iştirak edəcək.
Seçmə məşqçisi Siracuddin Eldarovun rəhbərliyi ilə qonşu ölkəyə 5 pəhləvan yollanıb. Bunlar Elçin Vəliyev (57 kq), Gitinoməhəmməd Hacıyev (65 kq), Kamran Yunusov, Mircəfər Murtuzlu (hər ikisi – 74 kq) və Məhəmməd Abdulxaliqovdur (86 kq).